Rəcəb Tayyib Ərdoğan ilə Bolqarıstan Prezidenti Rumen Radev arasında telefon danışığı baş tutubbackend

Rəcəb Tayyib Ərdoğan ilə Bolqarıstan Prezidenti Rumen Radev arasında telefon danışığı baş tutub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Bolqarıstan Prezidenti Rumen Radev arasında telefon danışığı baş tutub.

Editor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığı zamanı Türkiyə-Bolqarıstan əlaqələrinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Rumen Radevə ikinci prezidentliyi münasibətilə bir daha təbriklərini çatdırıb. Ərdoğan dost və müttəfiq Bolqarıstanla mövcud olan köklü əlaqələri bütün sahələrdə, xüsusilə nəqliyyat, ticarət və müdafiə sənayesində inkişaf etdirəcəklərini bildirib. Eyni zamanda, prezidentlər Rusiya-Ukrayna müharibəsi və onun regional təsirləri ilə bağlı dəyərləndirmələr aparıblar.

//Gülnarə Abasova, Editor.az