Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisinin vəfatı ilə əlaqədar ölkədə bir günlük matəm elan edibbackend

Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisinin vəfatı ilə əlaqədar ölkədə bir günlük matəm elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisinin vəfatı ilə bağlı xalqa müraciət edib.

O, “İran xalqının ağrısını paylaşmaq” üçün ölkədə bir günlük matəm elan edib: “Hökumətin iclasında biz İran xalqının yaşadığı dərin ağrıları bölüşmək üçün ölkəmizdə milli matəm günü elan etmək qərarına gəldik”, – deyə Ərdoğan xalqa müraciətində bildirib. O, İran prezidentinin təyyarəsinin qəzaya uğradığı yeri axtarmağa kömək edən türk pilotsuz təyyarələrinin əhəmiyyətini vurğulayıb. “Çətin hava şəraitinə baxmayaraq, “Bayraktar Akıncı” ümumilikdə 2,1 min km məsafə qət edib. O, missiyasını uğurla başa vuraraq ölkəmizə qayıdıb”, – deyə Türkiyə prezidenti bildirib.

Xatırladaq ki, mayın 19-da günorta İran prezidentinin helikopteri qəzaya uğrayıb. Onun axtarışına 60-dan çox xilasetmə qrupu, həmçinin Türkiyədən xilasedicilər və texnika göndərilib. Mayın 20-də səhər saatlarında Türkiyənin “Bayraktar Akıncı” pilotsuz təyyarəsi Azərbaycanla sərhədin 30 km-də İranın Tavil kəndi yaxınlığında istilik mənbəyi aşkarlayıb. Həmin yerdə prezident helikopterinin yanmış qalıqları tapılıb.

//Samir Qurbanov, Editor.az