Türkiyə İsrail və Fələstini münaqişənin həllində vasitəçilik etməyə və bu ölkələrin liderlərinin görüşünü təşkil etməyə hazırdır.
Editor.az bildirir ki, bu haqda Ankaradakı diplomatik mənbə xəbər yayıb. “Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail və Fələstin liderləri ilə telefon danışığı olub. Deyə bilərəm ki, bu, çox konstruktiv danışıqlar olub.
Cənab prezident tərəfləri atəşkəsə və danışıqları bərpa etməyə çağırıb. Öz növbəsində, Ankaranın liderlərin görüşünün təşkilinə hazır olması diplomatik kanallarla tərəflərə çatdırılıb”, – türk diplomatı deyib.
Türkiyə Xarici İşlər Nazirliyi də münaqişənin həlli üçün Qərb tərəfdaşları ilə təmasları davam etdirib və onlara münaqişənin coğrafiyasının genişləndirilməsi təhlükəsi və bunun gözlənilməz nəticələrə gətirib çıxaracağı barədə xəbərdarlıq edib.
//Samir Qurbanov, Editor.az

