Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şakir Özkan Torunları Türkiyənin İsrailə səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Editor.az bildirir ki, bu brədə müvafiq sənəd Rəsmi Qəzetdə dərc olunub. Prezidentin sərəncamında deyilir ki, “Xarici Siyasət üzrə Məsləhət Şurasının üzvü Şakir Özkan Torunlar Prezidentin 3 saylı fərmanının 2-ci və 3-cü maddələrinə uyğun olaraq Türkiyənin İsrail Dövlətindəki səfiri təyin edilsin”.
Xatırladaq ki, 2022-ci il avqustun 17-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın İsrailə səfir təyin etmək qərarına gəldiyini, həmçinin iki ölkə arasında diplomatik münasibətlərin bərpa olunduğunu açıqlamışdı.
Samir Qurbanov,Editor.az

