Rəcəb Tayyib Ərdoğan Kamal Kılıcdaroğluna: Utan, utan! Ayıb olsun sənə…!backend

Rəcəb Tayyib Ərdoğan Kamal Kılıcdaroğluna: Utan, utan! Ayıb olsun sənə…!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdəki rəqibi Kamal Kılıçdaroğlunun Rusiyanın seçki prosesinə müdaxiləsi ilə bağlı açıqlamalarını “biabırçı” adlandırıb.

Editor.az bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir. “O, Rusiya tərəfinin hansısa “müdaxiləsindən” danışır. Utan, utan! Ayıb olsun sənə! Əgər mən bu gün belə bir söz desəm və Birləşmiş Ştatların müəyyən “izindən” danışsam, Almaniyanın, Fransanın və ya Böyük Britaniyanın Türkiyədəki seçki proseslərinə müdaxiləsindən desəm, reaksiyanız necə olacaq?”, – Türkiyə prezidenti bildirib.

Ərdoğan qeyd edib ki, Kılıçdaroğlunun açıqlamalarının müəllifləri ölkənin inkişafını dayandırmağa, “Türk əsri” konsepsiyasının məqsədlərinə çatmasına mane olmağa çalışan qüvvələrdir. Xatırladaq ki, mayın 11-də Türkiyə prezidentliyinə namizəd Kamal Kılıçdaroğlu Rusiyanı seçkilərə müdaxilədə ittiham edərək, informasiya məkanında geniş yayılmış “montajlar, sui-qəsdlər, dərin saxtakarlıqlar və yazıların” arxasında rusların olduğunu deyib. Kreml Türkiyədəki seçki prosesinə müdaxilədə iştirak etmədiyini bəyan edib.

  //Samir Qurbanov,Editor.az