Rəcəb Tayyib Ərdoğan: Krım Ukraynaya qaytarılmalıdırbackend

Rəcəb Tayyib Ərdoğan: Krım Ukraynaya qaytarılmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onlayn rejimdə keçirilən ikinci Krım Platforması sammitində deyib.

“Biz Krımın işğalını qanunsuz, konstitusiyaya zidd hesab edirik. Bu, mənəvi və hüquqi baxımdan bizim prinsipial mövqeyimizdir. Beynəlxalq hüquq Krımın Ukraynaya qaytarılmasını tələb edir. Bu, bütün region və qlobal təhlükəsizlik sistemi üçün vacibdir”, – Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, Krım tatarları Ukrayna vətəndaşlarıdır və Krım onların maraqlarına uyğun inkişaf etməlidir. O, əlavə edib ki, “Krım platforması” son dərəcə mühüm əhəmiyyət kəsb edir və “tarixlərində böyük əzab-əziyyətlərə sinə gərmiş Krım tatarları öz vətənlərində dinc həyat uğrunda mübarizə aparır”. “Bu prosesdə Türkiyə Ukrayna hökumətinə və Krım tatarlarına dəstəyini davam etdirir”, – Ərdoğan vurğulayıb. Türkiyə prezidenti onu da qeyd edib ki, hazırkı müharibə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə əsaslanan ədalətli sülhlə başa çatmalıdır.

  //Samir,Editor.az