Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə görüşdü: nələr müzakirə olundu?backend

Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə görüşdü: nələr müzakirə olundu?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya səfər edən NATO-nun baş katibi Mark Rutte ilə danışıqlar aparıb.

Bir saata yaxın davam edən görüşdə Rusiya-Ukrayna münaqişəsi, Türkiyənin vasitəçiliyi və Yaxın Şərqdəki vəziyyət müzakirə edilib. Bu, Ruttenin Şimali Atlantika Alyansına rəhbərlik etdiyi vaxtdan bəri Türkiyə paytaxtına ilk səfəridir.

“Görüş zamanı Ukrayna və Rusiya arasında müharibə, Fələstində müharibəyə son qoymaq perspektivləri, terrorizmlə mübarizədə birgə addımlar və Türkiyənin 2026-cı ildə NATO sammitini keçirməsi müzakirə edilib”, – Türkiyə kanslerliyinin bəyanatında deyilir. Görüşdən sonra Mark Rutte bildirib ki, o, Türkiyə lideri ilə “kollektiv təhlükəsizliyə qarşı artan çağırışları, o cümlədən terror təhlükəsi, Ukraynadakı müharibə və Yaxın Şərqdəki böhranı müzakirə edib: “Getdikcə proqnozlaşdırla bilinməyən bir dünyada Türkiyə NATO-ya əvəzsiz töhfə verir”.

Danışıqlarda Türkiyənin xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər, prezident administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun və Rəcəb Tayyib Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç da iştirak edib.
Xatırladaq ki, noyabrın 22-də Mark Rutte 2025-ci ilin yanvarında vəzifəsinin icrasına başlayacaq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Rusiya-Ukrayna münaqişəsini müzakirə edib. Rəsmi olaraq yalnız tərəflərin “bir sıra qlobal təhlükəsizlik məsələlərini” müzakirə etdiyi bildirilib. Media Mark Rutte-nin Donald Trampa Rusiya və Ukrayna arasındakı münaqişənin həllinin vacibliyini göstərmək planları haqqında yazıb ki, vəziyyət onun prezidentlik dövründə respublikaçıları “təqib etməsin”.

//Samir Qurbanov, Editor.az