Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Vladimir Zelenski ilə danışıqlar aparmağı planlaşdırır.
O, görüş zamanı Ukrayna lideri ilə münaqişənin inkişafı və sülh yolu ilə nizamlanmasının mümkün yollarını müzakirə etmək niyyətindədir.
Editor.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Bundan əvvəl “Sabah” qəzeti yazıb ki, Ərdoğan Zelenski, Ermənistanın baş naziri Nikol Paşinyan və İran lideri Məsud Pezeşkianla Nyu Yorkdakı “Türk Evi”ndə görüşməyi gözləyir.
Daha əvvəl Rəcəb Tayyib Ərdoğan demişdi ki, 2022-ci ildə İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların pozulmasına görə “müəyyən lobbilər” məsuliyyət daşıyır.
//Samir Qurbanov, Editor.az