Rəcəb Tayyib Ərdoğan: Rusiya “taxıl müqaviləsi”nə qayıda bilər, lakin Putinin Qərb dövlətlərindən müəyyən gözləntiləri varbackend

Rəcəb Tayyib Ərdoğan: Rusiya “taxıl müqaviləsi”nə qayıda bilər, lakin Putinin Qərb dövlətlərindən müəyyən gözləntiləri var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Qərb ölkələri “müəyyən tədbirlər görərsə” Rusiya taxıl müqaviləsinə qayıda bilər.

Editor.az Türkiyənin “Habertürk” telekanalının məlumatına istinadən bildirir ki, o, ya telefon diplomatiyası vasitəsilə, ya da Türkiyəyə səfəri zamanı Putinlə bunu müzakirə edəcəyinə ümid edir. “Rusiyanın da müəyyən gözləntiləri var.

Əgər bu gözləntilər aradan qaldırılarsa, o zaman Rusiya taxıl dəhlizinin fəal işləməsinin tərəfdarıdır”, – Ərdoğan deyib. O qeyd edib ki, taxıl təşəbbüsünün dayandırılması dünya bazarında ərzaq qiymətlərinin artmasına, bəzi regionlarda aclığa və yeni miqrasiya dalğalarına səbəb olacaq. “Bunun qarşısını almaq üçün təşəbbüs göstərməkdən çəkinməyəcəyik.

Düşünürəm ki, biz bu məsələni cənab Putinlə ətraflı müzakirə edəcəyik və bu humanitar hərəkatın davam etməsini təmin edəcəyik. Bilirik ki, onun Qərb dövlətlərindən də müəyyən gözləntiləri var. Qərb dövlətləri də bu məsələdə hərəkətə keçməlidir”, – Türkiyə prezidenti əlavə edib.

  //Samir Qurbanov, Editor.az