Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Rusiyadakı vəziyyətin nizamlanmasına töhfə verməyə hazır olduğunu bildirib.
Editor.az bildirir ki, bu barədə Türkiyə prezidentinin dəftərxanasında məlumat verilib. Məlumatda qeyd olunur ki, Ərdoğan sağlam düşüncə ilə hərəkət etməyin vacibliyini vurğulayıb. Türkiyə prezidenti onu da vurğulayıb ki, Rusiyada baş verənlərdən heç kim istifadə etməməlidir.
“Türkiyə Rusiyadakı vəziyyətin tezliklə nizamlanması üçün öz töhfəsini verməyə hazırdır”, – Ərdoğan deyib. Bundan əvvəl Kremlin mətbuat xidməti Putinlə Ərdoğanın telefon danışığı barədə məlumat yayıb. Onların sözlərinə görə, söhbət Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
//Samir Qurbanov, Editor.az

