Türkiyə prezidenti Rəcəb Ərdoğan Rusiyanı ABŞ-ın Ukraynaya qarşı müharibədə 30 günlük atəşkəslə bağlı sülh planını dəstəkləməyə çağırıb.
Türkiyə prezidentinin saytı xəbər verir ki, bunu Ərdoğan martın 12-də Ankarada Polşanın baş naziri Donald Tusk ilə görüşündən sonra deyib.
Ərdoğanın sözlərinə görə, digər məsələlərlə yanaşı, Tusk ilə danışıqlarının gündəmində Ukraynadakı vəziyyət olub. “Biz ABŞ və Ukrayna arasında dünənki danışıqlarda Ukraynanın atəşkəs razılaşmasını müsbət və vacib hesab edirik. İndi isə Rusiyanın buna konstruktiv cavab verməsini istəyirik”, – Türkiyə prezidenti qeyd edib. Ərdoğan bəyan edib ki, Türkiyə qonşularının “müharibəyə ədalətli sülhlə son qoymasını” istəyir.
“Əgər son hadisələr Rusiya və Ukraynanın danışıqlar masasına qayıtmasını təmin edərsə, biz ədalətli və davamlı sülhün bərqərar olmasına, o cümlədən danışıqların təşkilinə hər cür töhfə verməyə hazırıq”, – Türkiyə prezidenti vurğulayıb.
//Samir Qurbanov, Editor.az