Rəcəb Tayyib Ərdoğan: Rusiyanın bəyanatına hörmətlə yanaşırıqbackend

Rəcəb Tayyib Ərdoğan: Rusiyanın bəyanatına hörmətlə yanaşırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və digər ölkələr Polşaya düşən raketin Rusiya tərəfindən atılmadığını deyirlər.

Editor.az bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitində keçirdiyi mətbuat konfransında deyib. “Rusiyanın bəyanatına hörmətlə yanaşırıq.

Onların “bu işin bizimlə heç bir əlaqəsi yoxdur” deməsi bizim üçün vacibdir. Baydenin raketlərin Rusiya istehsalı olmadığını deməsi də bunun Rusiya ilə heç bir əlaqəsinin olmadığını göstərir. Hərtərəfli araşdırmanın aparılması vacibdir. Biz Rusiya və Ukraynanı bir masa arxasında bir araya gətirməyə çalışdığımız bir vaxtda bu müharibənin üçüncü iştirakçısını axtarmağa ehtiyac yoxdur”, – deyə Ərdoğan bildirib.