Rəcəb Tayyib Ərdoğan Rusiyaya yeni səfir göndərdibackend

Rəcəb Tayyib Ərdoğan Rusiyaya yeni səfir göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Xarici İşlər Nazirliyində yeni təyinatlar olub. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada, eləcə də bir sıra digər ölkələrdə yeni səfirlərin təyin edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Editor.az bildirir ki, bu barədə “Resmi Gazete” yazıb. Tanju Bilgiç Türkiyə Respublikasının Rusiya Federasiyasındakı səfiri təyin edilib.

Bilgiçin artıq Rusiyada diplomatik iş təcrübəsi var: 2011-2014-cü illərdə Türkiyənin Sankt-Peterburqdakı Baş Konsulluğuna rəhbərlik edib, daha sonra 2016-cı ilə qədər Türkiyə Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat üzrə Baş Direktorunun müavini olub.

Beş il Belqradda səfir işlədikdən sonra yenidən Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi, bu ilin martından isə nazirliyin informasiya departamentinin baş direktoru vəzifəsinə təyin edilib. Ərdoğan həmçinin Ukrayna, Polşa, Mərakeş və Burundiyə də yeni səfirlər təyin edib.

//Samir Qurbanov, Editor.az