Rəcəb Tayyib Ərdoğan Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv etdibackend

Rəcəb Tayyib Ərdoğan Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Tacikistan vətəndaşları üçün viza rejimini bərpa edib.

Editor.az xəbər verir ki, bu barədə fərmanı prezident Rəcəb Tayyib Ərdoğan imzalayıb. Səbəbi göstərilmir. “Resmi Gazete” (.pdf) rəsmi qəzetində dərc olunan fərmanın mətnində deyilir: “Adi xarici pasporta malik Tacikistan vətəndaşları üçün Türkiyəyə səfər edərkən vizasız rejimin ləğvi qərara alınıb”.

“Crocus City Hall”da terror aktı törətməkdə ittiham olunanlardan ən azı ikisi hücumdan əvvəl İstanbula səfər edib. “Reuters” agentliyinin məlumatına görə, onlar bunu Rusiya Federasiyasında yaşamaq icazəsini yeniləmək üçün ediblər. “Sputnik-Tacikistan” mənbəsinin bildirdiyinə görə, terror aktını törədənlərdən biri Şəmsidin Fəriduninin Türkiyədən olan tacik ekstremist təşkilatları ilə əlaqəsi olub. Mənbənin sözlərinə görə, həmin şəxs İstanbulda terror aktı törətmək üçün təlim keçib.

Aprelin əvvəlində məlum olub ki, Tacikistan və Qırğızıstan vətəndaşı İstanbulda terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb. İstintaqın məlumatına görə, həmin şəxs İslam Dövlətinin (İŞİD) üzvüdür və həbs edilib. Qırğızıstan vətəndaşı deportasiya olunub.

//Samir Qurbanov, Editor.az