Rəcəb Tayyib Ərdoğan: “Taxıl dəhlizi”nin fəaliyyətinin davam etdirilməsinə çalışırıqbackend

Rəcəb Tayyib Ərdoğan: “Taxıl dəhlizi”nin fəaliyyətinin davam etdirilməsinə çalışırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəcəb Tayyib Ərdoğan taxıl dəhlizinin fəaliyyətini davam etdirəcəyinə, Qara dəniz təşəbbüsünün uzadılacağına ümid edir.

Editor.az bildirir ki, bu barədə Türkiyə lideri “TRT Türk” telekanalında çıxış edərkən deyib. “Biz Ukrayna və Rusiya liderləri ilə münasibətlərdə yaradılmış əlverişli atmosferdən həm əsirlərin mübadiləsində, həm də taxıl dəhlizinin təşkilində istifadə etdik.

Bu istiqamətdə işi davam etdiririk və sövdələşmənin uzadılmasını səbirsizliklə gözləyirik”, -Ərdoğan bildirib. Qeyd edək ki, ərzaq sövdələşməsinin müddəti mayın 18-də başa çatmalıdır və onun uzadılması məsələsi aprelin son günlərində Ərdoğan və Vladimir Putin arasında müzakirə edilib.

Yaxın vaxtlarda Ukrayna tərəfinin iştirakı ilə danışıqlar davam etdiriləcək – Türkiyədə üç dövlətin nazir müavinlərinin görüşü keçiriləcək. Son vəziyyətə görə, Rusiya tərəfi təşəbbüsün növbəti uzadılmasına şübhə ilə yanaşır. Moskva dəfələrlə qeyd edib ki, İstanbul razılaşmaları Rusiya Federasiyası ilə razılaşdırılmış şərtlər baxımından yerinə yetirilməməkdədir.

  //Samir Qurbanov,Editor.az