Rəcəb Tayyib Ərdoğan Türkiyənin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən (CFE) çıxması haqqında fərman imzalayıbbackend

Rəcəb Tayyib Ərdoğan Türkiyənin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən (CFE) çıxması haqqında fərman imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən (CFE) çıxması haqqında fərman imzalayıb. Müqavilədən çıxmaq haqqında fərman aprelin 8-dən qüvvəyə minəcək.

Editor.az bildirir ki, sənəd rəsmi hökumət qəzeti “Resmi Gazetedə dərc olunub” CFE Müqaviləsi 1990-cı ilin noyabrında 22 dövlət tərəfindən imzalanıb.

Bunlardan 16 ölkə (Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İslandiya, İspaniya, İtaliya, Kanada, Lüksemburq, Hollandiya, Norveç, Portuqaliya, ABŞ, Türkiyə və Fransa) NATO-nun üzvü, daha 6-sı Varşava Müqaviləsi Təşkilatının (Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, SSRİ və Çexoslovakiya) üzvləri idi. Müqavilə Varşava Departamenti ilə NATO arasında tarazlığı, eləcə də qarşılıqlı hərbi ispeksiyalara imkan yaratdı.

//Samir Qurbanov, Editor.az