Rəcəb Tayyib Ərdoğan Ukraynaya niyə gedir?backend

Rəcəb Tayyib Ərdoğan Ukraynaya niyə gedir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş avqustun 18-də Lvova səfər edəcək.

Editor.az xəbər verir ki, bu barədə avqustun 16-da onun mətbuat katibi Stefan Düjarrik məlumat verib. Onun sözlərinə görə, Lvovda Quterreş Ukrayna və Türkiyə prezidentləri Vladimir Zelenski və Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Növbəti gün, avqustun 19-da isə Quterreş Odessaya gedəcək və burada yerli dəniz limanına baş çəkəcək. Qeyd edək ki, iyulun 22-də Türkiyədə Ukrayna taxılının dəniz ixracına dair müqavilə imzalanıb. Saziş imzalandığı tarixdən etibarən 120 gün ərzində Odessa, Çernomorsk və Pivdennı dəniz limanlarından taxıl, məhsul və gübrələrin ixracı üçün təhlükəsiz naviqasiyaya aid edilib(mümkün uzatma ilə). İxrac blokunun açılması ilə bağlı razılıq əldə edildikdən sonra Ukrayna taxılı ilə yüklənmiş ilk gəmi avqustun 1-də səhər saatlarında Odessa limanını tərk edib. Türkiyə tərəfi Ukraynadan gələn ərzaq gəmilərinin sayını gündə üçə çatdırmağı təklif edib. Avqustun 5-də Ukrayna məhsulları ilə yüklü ilk karvan Odessa və Çernomorsk limanlarını tərk edib.

//Samir,Editor.az