Türkiyənin “Hürriyet” nəşri Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında danışıqların baş tutma ehtimalının yüksək olduğunu yazıb.
Qəzet qeyd edib ki, hazırda danışıqların yeri və şərtləri müzakirə olunur və heç kim görüşün baş tutmayacağını demir. Nəşr həmçinin qeyd edib ki, Ərdoğanla Əsəd arasında danışıqlar Moskvada, Bağdadda və Türkiyə ilə Suriya sərhədində baş tuta bilər. Onlar həmçinin əlavə ediblər ki, Rusiya və İraq təşəbbüsü öz üzərinə götürüb. Qəzet vurğulayır ki, Türkiyə, Rusiya və Suriya nümayəndələri arasında son təmaslar “diplomatik mətbəxdə nəsə hazırlandığını” göstərir.
Yada salaq ki, Türkiyə portalı Ankara və Dəməşqin xüsusi xidmət orqanlarının nümayəndələri arasında ikitərəfli münasibətlərin normallaşması ilə bağlı son görüşlər barədə yazıb. Onlar aydınlaşdırıblar ki, hazırda Türkiyə və Suriya liderləri arasında iki dövlətin sərhədindəki Kessab keçid məntəqəsində görüş keçirilməsi üçün danışıqlar aparılır.
//Samir Qurbanov, Editor.az

