Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd payızda görüşə bilərlərbackend

Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd payızda görüşə bilərlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Suriyanın nizamlanması prosesini başlatmağa hazırdır, məsələ Rusiyanın iştirakı ilə həll olunacaq.

Ərdoğan ŞƏT sammitindən qayıdandan sonra Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşdırılması planlarından danışıb. O bildirib ki, bu məsələni Astanada Rusiya lideri Vladimir Putinlə müzakirə edib: “Biz Suriya ilə yeni [normallaşma] prosesinə başlaya bilərik. Putin və Bəşər Əsədi dəvət edə bilərik.

Əgər Putin Türkiyəyə səfər edə bilsə, bu, yeni prosesin başlanğıcı ola bilər”, – Ərdoğan deyib. Türkiyə prezidenti qeyd edib ki, əvvəlki illərin təcrübəsi Suriya üçün daimi nizamlanma mexanizminin yaradılmasının zəruri olduğunu deməyə əsas verir. “Türkiyə” qəzeti mənbələrə istinadən xəbər verir ki, görüş yeri Rusiya və ya Fars körfəzi ölkələrindən biri ola bilər və görüş payızda baş tuta bilər. Qeyd edək ki, Ərdoğanla Əsəd arasında mümkün görüş son 13 ildə ilk olacaq.

//Samir Qurbanov, Editor.az