Rəcəb Tayyib Ərdoğan və Məsud Pezeşkian Nyu-Yorkda “Türk Evi”ndə görüşdülərbackend

Rəcəb Tayyib Ərdoğan və Məsud Pezeşkian Nyu-Yorkda “Türk Evi”ndə görüşdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və Məsud Pezeşkian Nyu-Yorkda görüşüblər.

Bu barədə siyasətçilərin mətbuat xidmətləri məlumat yayıb. Görüş “Türk Evi”ndə (Türkevi) baş tutub. İran prezidentini girişdə Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın qarşılayıb. Ərdoğan və Pezeşkian bağlı qapılar arxasında söhbət ediblər.

Xatırladaq ki, bir müddət əvvəl İran XİN rəhbəri mətbuatın Pezeşkiyanın İranın İsraillə gərginliyi azaltmağa hazır olduğu bəyanatını şərh etməsini təkzib etmişdi. Abbas Əraqçi əmin edib ki, İran prezidenti belə bir söz deməyib. Doğrudan da, İran prezidenti yalnız Tehranın regionda sabitliyi pozan amilə çevrilmək istəməyəcəyini bildirib.
Qeyd etmək lazımdır ki, Yaxın Şərq hazırda üçüncü Livan müharibəsi astanasındadır.

//Samir Qurbanov, Editor.az