Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin Türkiyə ərazisində görüş ehtimalının son dərəcə az olduğunu bildirib.
Editor.az bildirir ki, bu barədə Ankaradakı mənbə məlumat yayıb. “Əgər səbəb və uyğun şərtlər olarsa, Ərdoğanın Rusiyaya səfər edə bilməsi ehtimalı var”, – mənbe vurğulayıb.
Eyni zamanda, o qeyd edib ki, yekun qərar hələ qəbul olunmadığından bu məlumatlar hazırda ehtimal səviyyəsindədir. Ötən şənbə günü Türkiyədə güman edirdi ki, liderlərin görüşünə Moskva ev sahibliyi edə bilər.
Xatırladaq ki, Putinlə Ərdoğanın görüşü avqustun 3-də rəsmi Moskva nümayəndəsi Dmitri Peskov tərəfindən açıqlanıb. Rusiya dövlətinin başçısının özü isə bildirib ki, hazırda Rusiyadakı vəziyyət onun ölkə ərazisində daimi qalmasını tələb edir.
//Samir Qurbanov, Editor.az

