Rəcəb Tayyib Ərdoğan Vladimir Putinə ad günü münasibətilə nə hədiyyə edib?backend

Rəcəb Tayyib Ərdoğan Vladimir Putinə ad günü münasibətilə nə hədiyyə edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə ad günü hədiyyəsi göndərib.

Editor.az bildirir ki, bunu Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib. “Türkiyə prezidenti dünənki söhbətindən əvvəl xüsusi olaraq hədiyyə göndərib”, o, jurnalistlərə deyib. Uşakov bağlamada dəqiq nə olduğunu açıqlamayıb, ancaq Ərdoğanın Putinə “yaxşı türk hədiyyəsi” göndərdiyini vurğulayıb.

Dövlət başçısının köməkçisi digər hədiyyələrin də olduğunu qeyd edib.
Xatırladaq ki, Putin bir gün əvvəl 72 yaşını qeyd edib.

//Samir Qurbanov, Editor.az