Məlumdur ki, rəsmi Moskva dəfələrlə bəyan edib ki, iyulun 17-də başa çatan “taxıl sazişi”ni uzatmaq fikrində deyil. Bununla belə, sövdələşmədə iştirak edən bir çox ölkələr razılaşmanın qorunub saxlanmasının zəruriliyində israr etməkdə davam edirlər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacağını açıqlayıb. Hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik bildirib ki, “belə bir söhbət gözlənilir”.
O, daha sonra deyib ki, Putinin Türkiyə üçün razılaşmanın uzadılmasının vacib olduğunu başa düşəcəyini düşünür.
//Samir Qurbanov,Editor.az

