Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə danışıbbackend

Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün – fevralın 24-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir arasında telefon danışığı olub. Editor.az xəbər verir ki, lidelər Rusiya ilə Ukrayna arasındakı müharibəni, həmçinin Türkiyədə baş verən zəlzələlərin nəticələrini müzakirə ediblər. Ərdoğan Ukrayna ilə danışıqların bərpasına kömək etməyə hazır olduğunu açıqlayıb.

Bu barədə Türkiyə prezidentinin dəftərxanası məlumat yayıb. Kreml isə danışıqlar barədə hələlik məlumat verməyib. Daha çox itki və dağıntının qarşısını almaq üçün ədalətli sülhün bərqərar olmasının vacibliyini bəyan edən prezident Ərdoğan İstanbulda əldə olunan razılaşmanın bərpa olunmasını səmimi arzuladığını və bu işə hər cür töhfə verməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna prezidenti Vladimir Zelenski ilə də danışan Ərdoğan Ukraynada “atəşkəs əsasında” sülhün əldə olunmasına hər cür töhfə verməyə hazır olduğunu açıqlayıb. Kremlin saytındakı məlumata görə, Ərdoğan və Putin sonuncu dəfə fevralın 6-da Türkiyədə zəlzələlər baş verərkən danışıblar.

//Samir Qurbanov, Editor.az