Rəcəb Tayyib Ərdoğan “Zəngəzur dəhlizi” məsələsində türk dövlətlərini Azərbaycana dəstək verməyə çağırdıbackend

Rəcəb Tayyib Ərdoğan “Zəngəzur dəhlizi” məsələsində türk dövlətlərini Azərbaycana dəstək verməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan türk dövlətlərini Zəngəzur dəhlizinin açılması məsələsində Azərbaycana dəstək verməyə çağırıb.

Editor.az bildirir ki, bu barədə o, Astanada keçirilən TDT-nın sammitində çıxış edərək deyib. Ərdoğan dəhlizin bütün region ölkələrinin inkişafına böyük töhfə verəcəyini, eyni zamanda Türkiyəni Mərkəzi Asiya ilə birləşdirəcəyini vurğulayıb. “Bu mərhələni uğurla başa vurmaq üçün biz türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik”, – Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti həmçinin İrəvandan Ermənistan-Azərbaycan nizamlanması prosesi çərçivəsində bütün öhdəliklərini yerinə yetirməsini tələb edib. O qeyd edib ki, TDT-yə üzv olan bütün ölkələr Azərbaycan üçün qürur və sevinc hissi keçirir. “Azərbaycanın qələbəsi ilə biz regionda sülh və sabitliyə bir addım da yaxınlaşırıq. Açılan fürsət pəncərəsini dəyərləndirmək bizim ən böyük arzumuzdur”, – Rəcəb Tayyib Ərdoğan qeyd edib.

//Samir Qurbanov, Editor.az