Rəcəb Tayyib Ərdoğandan “28 may” mesajı: Qarşıdakı 12 gündən səmərəli istifadə edəcəyikbackend

Rəcəb Tayyib Ərdoğandan “28 may” mesajı: Qarşıdakı 12 gündən səmərəli istifadə edəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 14-də keçirilən seçkiləri böyük fərqlə tamamlayan prezident Rəcəb Tayyib Ərdoğan seçkilərin ikinci turuna start verib. Seçkilərdə 50+1 səs şərtinə əməl oluna bilmədiyi üçün fevralın 28-də keçiriləcək seçkilərin ikinci turunun yol xəritəsini müəyyən edən prezident Ərdoğan canlı yayımda gündəmlə bağlı açıqlamalar verib.

Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Ərdoğan ilk öncə yeni müddətdə seçilmiş parlament üzvlərini təbrik edərək deyib: “Ən yaxın rəqibimizi 2 milyon yarım səslə qabaqlayaraq 49,5 faiz səs topladıq. Xalqımız bizə etimad göstərdi. Qarşıdakı 12 gündən yaxşı istifadə edəcəyik.

Biz heç vaxt özümüzdən razı olmayacağıq. Mitinqlər planlaşdırmıram, amma zəlzələ zonasında ictimaiyyətlə inteqrasiya nöqtəsində görüşlər keçirə bilərik. Zəlzələ bölgəsindəki insanlarımızı qucaqlayıb mənəviyyatlandırmaq üçün səy göstərəcəyik.
Müxalifətin mövqeyinə toxunan Ərdoğan qeyd edib ki, onlar opponentlərini təzyiqlərlə qorxutmaqla, terror təşkilatının uzantıları ilə əməkdaşlıq etməklə seçkilərdə qalib gələ bilməzlər. Onların bu ölkə üçün, bu millət üçün edə biləcəkləri heç nə yoxdur. Onlarda ancaq qan, nifrət, ölüm var.

Bu dəfə də günahı özlərində yox, millətdə axtarırlar. Onlara səs verməyən vətəndaşlarımızı, xüsusən də zəlzələdən zərərçəkənləri təhqir edirlər. Onlar dövlətin qurumlarını məhv etməyə çalışırlar. Zəlzələ bölgəsində 50 min ölümümüz var. Çoxlu yaralılarımız var. Hansı partiyaya səs verməsindən asılı olmayaraq, onların ehtiyacları ödənməlidir.

//Samir Qurbanov,Editor.az