Rəcəb Tayyib Ərdoğandan İsrail haqqında sərt sözlərbackend

Rəcəb Tayyib Ərdoğandan İsrail haqqında sərt sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili terror təşkilatı adlandırıb və İsrailin HƏMAS ilə müharibənin nəticələrindən məyus olacağını proqnozlaşdırıb.

O, həmçinin İsrailin baş naziri Benyamin Netanyahudan ölkənin nüvə silahına sahib olub-olmadığını aydınlaşdırmağa çağırıb.

Editor.az bildirir ki, bu barədə Türkiyə prezidenti parlamentin hakim Ədalət və İnkişaf Partiyasının fraksiya üzvləri qarşısında çıxışı zamanı deyib: “Birmənalı şəkildə deyirəm: İsrail terror dövlətidir “. O, Fələstinin HƏMAS hərəkatının, əksinə, qanuni siyasi qüvvə olduğunu vurğulayıb.

“HƏMAS seçkilərdə qalib gələn siyasi partiyadır” – Türkiyə prezidenti deyib. Ərdoğan bildirib ki, Ermənistan Qarabağ münaqişəsində məyus olduğu kimi, İsrail-Fələstin müharibəsinin nəticələrindən İdə srail məyus olacaq. Türkiyə prezidenti həmçinin İsrailin baş nazirini ölkənin nüvə silahına malik olduğunu etiraf etməyə çağırıb.

//Samir Qurbanov, Editor.az