Rəcəb Tayyib Ərdoğandan Rusiya-Ukrayna münaqişəsi ilə bağlı yeni təşəbbüsbackend

Rəcəb Tayyib Ərdoğandan Rusiya-Ukrayna münaqişəsi ilə bağlı yeni təşəbbüs

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitində Ukraynadakı münaqişənin hazırkı cəbhə xətti boyu dondurulmasını təklif edəcək.

Editor.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən yazıb. Onların sözlərinə görə, cənab Ərdoğan öz təşəbbüsünü bu gün, noyabrın 18-də ölkə liderlərinin görüşündə təqdim edəcək. Agentlik başqa təfərrüatları açıqlamır.

Xatırladaq ki, sammit noyabrın 18-dən 19-dək Rio-de-Janeyroda keçiriləcək və tədbirdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. Lavrov bildirib ki, Ukrayna münaqişəsinin təmas xətti boyunca dondurulması ehtimalı “yeni paketdə eyni Minsk razılaşmalarıdır”.

“Wall Street Journal” yazıb ki, 2025-ci ilin yanvarında vəzifəsinin icrasına başlayacaq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası hərbi əməliyyatları dayandırmaq üçün bu variantı nəzərdən keçirir.

//Samir Qurbanov, Editor.az