Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının mitinqində Fransanı terrora fəal dəstək verməkdə ittiham edib.
Türkiyənin milli təhlükəsizliyini təhdid edən terror təşkilatlarından danışan Ərdoğan Fransanın tikinti materialları istehsalı üzrə ixtisaslaşmış “Lafarge” şirkətinin fəaliyyətini xatırladıb. O bildirib ki, fransız şirkətinin sementindən silahlılar sığınacaq tikmək üçün istifadə ediblər.
Lakin onun sözlərinə görə, Fransanın köməyi türk ordusunun öhdəsindən gəlməyə kömək etməyib. Ərdoğan əlavə edib ki, Türkiyə Suriyanın şimalındakı bütün sığınacaqları məhv edib: “Təəssüf ki, Fransa terrorun ən böyük dəstəkçisi olub. İstədiyinə nail oldumu? Xeyr!” – Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Türkiyə lideri vurğulayıb ki, Türkiyənin güclənməsi, sənaye istehsalının sürətinin artması və müdafiə sənayesinin inkişafı fonunda təhdidlərin də miqyası artır.
//Samir Qurbanov, Editor.az