Prezident seçkilərinin ikinci turunda qalib gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi ya iyunun 2-də, ya da 6-da baş tuta bilər.
Editor.az bildirir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti yazıb. Bundan sonra isə yeni Nazirlər Kabinetinin tərkibi açıqlanacaq. Prezident və parlament seçkilərinin yekun nəticələrinə gəlincə, onları bu gün Ali Seçki Komissiyası elan edə bilər. 28-ci çağırış BMM-nin deputatları cümə günü, iyunun 2-də and içəcəklər.
Bundan sonra Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri vəzifəsinə namizədlərə baxılması üçün beş günlük proses başlayacaq. Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu və milli müdafiə naziri Hulusi Akarın Ərdoğanın yeni kabinetində tutduqları vəzifələrini qoruya biləcəkləri barədə məlumat yayılmışdı.
//Samir Qurbanov,Editor.az

