Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyası öncəsi ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşməyi gözləyir.
Bu barədə vəziyyətlə tanış olan mənbələr məlumat verib.
“Bloomberg”in məlumatına görə, Türkiyə lideri bu görüşün keçirilməsində maraqlıdır, çünki o, ölkələr arasında əlaqələrin yaxşılaşdırılması tendensiyasını dəstəkləmək istəyir. Mənbələr qeyd edir ki, dövlət başçısı hazırda ABŞ prezidentliyinə namizəddən onun təklifinə cavab gözləyir.
Xatırladaq ki, Nyu-Yorkda BMT Baş Assambleyası 10 gün əvvəl başlayıb. Bazar ertəsi orada yüksək səviyyəli həftə açılacaq.
//Samir Qurbanov, Editor.az