Çərşənbə axşamı, sentyabrın 24-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.
Ermənistan hökumətinin başçısı sosial şəbəkələrdə müvafiq məlumatı təsdiqləyib. Danışıqlar BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsində baş tutub. Türkiyə mətbuatının yazdığına görə, görüş “Türk Evi”ndə baş tutub və digər təfərrüatları hələlik açıqlanmayıb.
Xatırladaq ki, Ermənistanın baş naziri ilə Türkiyə prezidenti arasında sonuncu danışıqlar iyunun ortalarında baş tutub. Həmin telefon danışığı zamanı onlar ölkələr arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.
//Samir Qurbanov, Editor.az