Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı olubbackend

Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.

Editor.az Türkiyə prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, liderlər Putinin Türkiyəyə səfəri ilə bağlı razılığa gəliblər. “Görüş zamanı iki ölkə liderləri Putinin Türkiyəyə səfəri ilə bağlı razılığa gəliblər”, – deyə səfərin başqa təfərrüatlarına yer verilməyən bəyanatda bildirilir.

Qeyd edilir ki, liderlər arasında əsas söhbət mövzularından biri də “taxıl müqaviləsi”nin yenilənməsi olub.

Prezident Ərdoğan Türkiyənin “Qara Dəniz Təşəbbüsü”nün davam etdirilməsi üçün intensiv səylər və diplomatiya nümayiş etdirməyə davam edəcəyini vurğulayıb.

//Samir Qurbanov,Editor.az