Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı olubbackend

Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Editor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat xidməti məlumat yayıb. Siyasətçilər İsrail və Fələstinin HƏMAS qruplaşması arasında gərginləşən münaqişəni, həmçinin Qəzza zolağında humanitar böhranı müzakirə ediblər.

Söhbətdə Ərdoğan qeyd edib ki, “Fələstin torpaqlarına” qarşı qəddarlıq güclənir, ölən mülki vətəndaşların sayı isə “hər dəqiqə” artır. Mətbuat xidmətinin məlumatına görə, Türkiyə prezidenti Qəzza zolağında baş verən humanitar böhrana görə məsuliyyətin bir hissəsini “Qərb dövlətlərinin susqunluğu” ilə əlaqələndirib.

Rusiya prezidentinin mətbuat xidməti Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanla söhbəti barədə məlumat verməyib. Prezidentin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib ki, Vladimir Putin hələ Fələstin-İsrail münaqişəsi fonunda Avropa ölkələri və ABŞ rəhbərliyi ilə telefon əlaqəsi planlaşdırmır.

//Samir Qurbanov, Editor.az