Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dialoq yolu ilə sülhün əldə edilməsində Ukraynada Ankaranın köməyini təklif edib.
Editor.az bildirir ki, bu barədə Türkiyənin dövlət xəbər agentliyi “Anadolu Ajans” yazıb. Agentlik bildirib ki, Türkiyə lideri belə bir təşəbbüslə ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı çıxış edib. Söhbət zamanı iki ölkə liderləri Rusiya işğalının birinci ildönümü kontekstində Ukraynadakı vəziyyəti, həmçinin Türkiyədə baş vermiş son zəlzələnin nəticələrini müzakirə ediblər.
“Türkiyə prezidenti ölkəsinin Ukraynada sülhün əldə edilməsinə və vəziyyətin atəşkəs və dialoq əsasında həllinə mümkün töhfə verməyə hazır olduğunu bir daha bəyan edib”, – agentliyin məlumatında bildrilir.
//Samir Qurbanov, Editor.az