Rəfah alınacaq, buna nə ABŞ, nə də digər amillər təsir göstərə bilməyəcək – Benyamin Netanyahubackend

Rəfah alınacaq, buna nə ABŞ, nə də digər amillər təsir göstərə bilməyəcək – Benyamin Netanyahu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail dövlətinin başçısı növbəti dəfə Rəfahda əməliyyat keçirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, artıq müvafiq planlar təsdiqlənib.

Bundan əlavə, bəyanatda ölkə hakimiyyətinin yerli əhalinin təxliyəsinə kömək etməyə hazır olduğu vurğulanıb. “Biz Rəfaha girəcəyik və qalan HƏMAS batalyonlarını [orada] məhv edəcəyik. Heç bir təzyiq bizi dayandıra bilməz”, – Benyamin Netanyahu deyib.

O, daha sonra vurğulayıb ki, əməliyyat keçirilmədən Fələstin anklavında yeraltı terrorçuları tamamilə məhv etmək mümkün olmayacaq. O, həmçinin vurğulayıb ki, Rəfah alınacaq və buna nə ABŞ, nə də digər amillər müqavimət göstərə bilməyəcək.

//Samir Qurbanov, Editor.az