Rəfahda Qızıl Aypara Cəmiyyətinin üzvləri həlak oldularbackend

Rəfahda Qızıl Aypara Cəmiyyətinin üzvləri həlak oldular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusunun Rəfahın qərbində təcili yardım maşınını vurması nəticəsində Fələstin Qızıl Aypara Cəmiyyətinin iki həkimi həlak olub.

Bu barədə humanitar təşkilat sosial şəbəkələrdə məlumat yayıb. “Qızıl Ayparanın fələstinli həkimləri Haitham Toubasi və Suhail Hassouna, İsrail qüvvələrinin Rəfahın qərbində, Təl Əl-Sultan bölgəsində Fələstin Qızıl Ayparasının təcili yardım maşınına humanitar borcunu yerinə yetirərkən birbaşa zərbə endirməsi nəticəsində həlak olublar”, – Qızıl Aypara X sosial şəbəkədəki səhifəsində bildirib.

Qeyd edək ki, mayın 26-da Fələstin Qızıl Aypara Cəmiyyəti İsrailin Rəfahın şimal-qərbindəki köçkünlər düşərgəsinə hücumundan sonra çoxlu itkilər olduğunu bildirmişdi. Fələstin Mülki Müdafiəsinin məlumatına görə, azı 40 nəfər həlak olub, onlarla insan yaralanmışdı.

//Samir Qurbanov, Editor.az