Regionda gərginlik artır: “Yenidən müharibə başlasa…”backend

Regionda gərginlik artır: “Yenidən müharibə başlasa…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan-Ermənistan şərti dövlət sərhədində son günlər baş verən təxribatlar gərginliyi şərtləndirən əsas amillərdən biridir”

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin son vaxtlar atəşkəsi pozması, sərhədə qoşun yığması, həmçinin hərbi təlimlər keçirməsi İrəvanın növbəti dəfə təxribatçı niyyətində olduğunu göstərir:

“Azərbaycan Ordusu da mütəmadi olaraq təmkinli, səbrli şəkildə bu məsələlərə reaksiya verir. Ancaq bunlara baxmayaraq yaxın dövrlərdə şərti dövlət  sərhədində hansısa böyük eskalasiya, yaxud irimiqyaslı döyüş əməliyyatlarının olacağını düşünmürəm”.

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli isə bildirib ki, regiona girmək istəyən dövlətlərin maraqları üzərindən proseslərə nəzər yetirmək lazımdır:

“Ermənistan hesab edir ki, Fransa ilə əlaqələri Azərbaycanın münaqişəyə cəlb olunmasında əsas lokomotiv ola bilər. Rəsmi İrəvan düşünür ki, indi də Fransaya söykənərək həyata keçirə biləcəyi yeni eskalasiya Azərbaycanın məğlubiyyətinə gətirib çıxara və Ermənistanın itirdiyi ərazilərin yenidən geri qaytarmasına kömək etmiş olar. Ermənistan hakimiyyəti cür absurd düşüncələr üzərindən məsələlərə yanaşır. Çox təəssüf ki, Fransanın da ona ciddi şəkildə dəstək verməsi ona bunu ümidləndirir. Sülhə doğru imkanlar artdıqca Ermənistan tərəfindən konkret yanaşmaların azaldığının şahidi oluruq. Əgər Ermənistan tərəfindən müharibə yenidən başladılsa, yenidən işğala əl atılsa, buna təəccüblənmək lazım deyil”.

//Gülnarə Abasova, Editor.az