Regionda Gürcüstan-Rusiya qarşıdurması gözləniləndir?-AÇIQLAMAbackend

Regionda Gürcüstan-Rusiya qarşıdurması gözləniləndir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu”Gürcüstanın regionda liderliyi məsələsi əsassızdır”.

Bunu Editor.az-a Azad Vətən Partiyasının sədri, politoloq Akif Nağı Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzenin açıqlamasında “Biz regionda lider rolunu oynamaq istəyirik. Ermənistanla Azərbaycan arasında münasibətləri tənzimləmək səylərimiz buradan qaynaqlanır”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Gürcüstan nə iqtisadi, nə hərbi, siyasi və nə də digər mövqeyinə görə regionda lider ola bilməz:

“Azərbaycan regionda hərtərəfli liderdir. Rəsmi Tbilisi də bununla hesablaşmalıdır. Gürcüstanın coğrafi yaxınlığına və hər iki tərəflə mövcud münasibətlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi Tbilisidə imzalana bilər. Lakin tərəflərin bir araya gətirilməsi və münasibətlərin normallaşdırılması prosesində Gürcüstanın effektiv rolunun olması reallığı əks etdirmir. Rəsmi Tbilisi ya Rusiyanın, ya da Qərbin təsiri altına düşür. Görünən odur ki, sərbəst şəkildə öz siyasətini yeridə bilmir”.

A.Nağının fikrincə, Gürcüstanın Rusiyaya qarşı şərt qoyması həqiqəti əks etdirmir:

“Ərazi yaxınlığı və mövcud münasibətlərdən istifadə edərək bu istiqamətdə cəhdlər edir. Məlumdur ki, Azərbaycan və Ermənistan Baş nazirlərinin Gürcüstanda keçirilən Formda toplantısı baş tutdu. Bu ənənələrə hörmət əlaməti daşıyırdı. Azərbaycan və Türkiyə arasında razılaşmalar mövcuddur ki, Rusiya, İran da onunla hesablaşıb. Gürcüstan regionda hər hansı rol oynamaq istəyirsə, Azərbaycanın liderliyi ilə hesablaşmalı, yaxud da rəsmi Bakının iqtisadi gücünə söykənməlidir”.

Politoloq qeyd edir ki, Azərbaycan Gürcüstanın problemləri üçün müəyyən vasitəçilik edə bilər:

“Məlum olduğu kimi rəsmi Tbilisinin Ermənistanla ərazi məsələsi var. Bununla bağlı rəsmi Bakı İrəvana təsir edə və regiondakı mövqeyindən istifadə edib müəyyən addımlar ata bilər.Regionda Gürcüstan-Rusiya qarşıdurması gözlənilmir”.

//Safura Bənnayeva, Editor.az