Regionda sülhə əngəl olmaq istəyən qüvvələr: “Bütün hallarda məsuliyyət Ermənistan hakimiyyəti üzərinə düşür”backend

Regionda sülhə əngəl olmaq istəyən qüvvələr: “Bütün hallarda məsuliyyət Ermənistan hakimiyyəti üzərinə düşür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni təxribatçılarının bu addımları sülh müqaviləsinin imzalanma prosesini sabotaj edir. Bu təxribatlar məqsədli şəkildə törədilir. Ya Ermənistan hakimiyyəti, ya da kənar qüvvələrin regionda sabitliyin bərqərar olmamasına hesablanaraq həyata keçirilir. Digər bir variant isə erməni hərbiçilərinin Paşinyan hakimiyyətini ciddiyə almamaları və onu bir dövlət başçısı kimi qəbul etməməkləridir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Siyasi şərhçi erməni baş naziri Nikol Paşinyanın son açıqlamalarına diqqət çəkib:

” Belə ki, o bəyanatlarında tez-tez Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sülh müqaviləsinin imzalanması ilə bağlı müsbət fikirlər səsləndirir. Ötən gün Ermənistan xarici işlər naziri də regionda sülh və sabitliyin bərqərar olmasını istədiklərini dedi. Eyni zamanda, bildirdi ki Zəngəzur dəhlizinin açılmasına Ermənistan deyil, İran əngəl törədir. İrəvan dəhlizin açılmazına razıdır. Ancaq bunlarla yanaşı sərhəddə qarşı tərəfin təxribatları səngimək bilmir. Bununla yanaşı dəfələrlə şahidi olmuşuq ki, nə Ermənistan rəhbərliyi və də digər erməni rəsmiləri dedikləri sözlərin üzərində dayanmır və daima ölkə ictimaiyyətini, dünya birliyini aldatmağa çalışırlar. Ancaq dünya ölkələrini aldatmaq mümkün deyil. Bir müddət sonra Azərbaycanın “Dəmir Yumruğ”u yenidən öz sözünü deyəcək. Çünki hallarda məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür. Regionda Fransa, İran kimi sülhün bərqərar olmasını istəməyən qüvvələr mövcuddur. Onlar Ermənistanla Azərbaycan arasında münaqişənin daha da uzanmasını istəyirlər. Onların Ermənistanda təxribatçı əməllər həyata keçirən əlaltıları çoxdur. Buna görə də bu proseslərdən ən böyük zərbəni Ermənistan xalqı alacaq. Əgər Ermənistan dövləti təxribatları dayandırmayacaqsa, nəticələri onlar üçün çox ağır olacaq”.

//Gülnarə Abasova, Editor.az