Regionda vəziyyət gərginləşir: “Bunun tək günahkarı Rusiya sülhməramlılarıdır “-ŞƏRHbackend

Regionda vəziyyət gərginləşir: “Bunun tək günahkarı Rusiya sülhməramlılarıdır “-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“10 noyabr sazişindən sonra proseslərin bu qədər uzanmasının əsas günahkarı Rusiya Federasiyasının sülhməramlı qüvvələridir”.

Bu fikirləri Editor.az-a açıqlamasında hərbi ekspert Ramiz Şərifov bildirib.

Onun sözlərinə görə, sülhməramlıların sayəsində ərazilərimizə müxtəlif silah-sursatlar daşındı, əzilmiş ordu qalıqları bir araya cəmləndi, təlimlər keçirilməyə başlandı:

“Yəni Rusiyanın burada maraqları konfliktin olduğu kimi saxlanılması, dondurulmasıdır.Rəsmi Moskva guya Qarabağ məsələsini həll etmək üçün cəhd göstərəcək. Amma orta hesabla bir o qədər erməni separatçılarının əsgərləri Qarabağ ərazisində hələ də qalırlar.Onlar da müxtəlif tədbirlərə cəlb edilir, gecə-gendüz öz arsenallarını kiçik çaplı silahlarla doldururlar”.

Hərbi ekspertin fikrincə, Nikol Paşinyan və onun rejimi hazırda dünyanın diqqətinin Ukrayna müharibəsinə yönəlməsindən istifadə edir:

“Bununla da özlərinin itirilmiş mövqeləri tam olmasa da hələ müəyyən səviyyədə mövcud qaldıqlarını göstərirlər. Fransada müxtəlif danışıqlar aparmaq, eyni zamanda, onların sülhməramlılarını əraziyə cəlb etmək istəyirlər. Ancaq regionda əsas rol Azərbaycanındır. Ölkəmizin qarşıya qoyduğu şərtlər yerinə yetirilməsə missiya gəlsə belə yalnız Ermənistan sərhədində qala bilər.Amma Prezident İlham Əliyev heç vaxt deməyib ki, biz Ermənistan ərazisində müharibə aparacağıq. Bu heç bizim planımızda da yoxdur. 10 noyabr sazişinə əsasən biz Laçın yolunu açıq saxlamışıq.Ekofəalların aksiyaları humanitar yardıma mane olmur. İstənilən halda Ali Baş Komandanın göstərişi olarsa, bir dəqiqə içərisində yol bağlana bilər. Buna bizim həm gücümüz, səlahiyyətlərimiz, həm də imkanlarımız yetir. Bu işin həllinin yeganə yolu əsgərlərimizin üzərinə düşəcək. Bütün görüşlər, danışıqlar yalnız vaxtı ləngitməyə xidmət edir. 30 illik gözləməyimizin qarşılığını şanlı Azərbaycan Ordusu 44 gün müddətində məsələni həll edərək verdi. Tam əminliklə deyə bilərəm ki, Qarabağ daxilində “Xankəndi rejimi” üçün bizim əsgərlərimizə üç gün vaxt lazımdır”.

//Safura Bənnayeva, Editor.az