Regionda YENİ MÜHARİBƏ TƏHLÜKƏSİ: Bu məcburi əməkdaşlıq nələrə səbəb olacaq?backend

Regionda YENİ MÜHARİBƏ TƏHLÜKƏSİ: Bu məcburi əməkdaşlıq nələrə səbəb olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” İmperiya maraqları olan dövlətlərin tək bir istəkləri olur, o da bu maraqları qoruyaraq əlverişli şərait gələnədək saxlamaq…Bu, yüz il keçsə də həmin dövlətlər üçün belə qalır. Bu maraqları qorumağın yolu isə problemlər yaradıb onu idarə etmək üçün orada olmaqdan keçir. Onsuz da imperiyalar bunu öncədən hesablayır və gələcəkdə deyilənləri etmək üçün problemləri öncədən yaradıb, qapalı saxlayır”.

Bu fikirləri politoloq Azər Qasımov regionda Rusiya-İran hərbi əməkdaşlığının nəticələrini Editor.az-a şərh edərkən deyib.

O, bildirib ki, istər İran, istərsə də Rusiyanın regionda əsas marağı imperiya arzularını həyata keçirməkdir:

“Təbii ki, bunlar ümumi və bilinən həqiqətlərdir. Proseslərə diqqətlə nəzər yetirsək, görərik ki, Rusiya və İranın maraqları tək öz istəkləri ilə yekunlaşmır. Onların yaratdıqları və ya idarə etməyə çalışdıqları problemlər tək onlardan asılı deyil və bir çox maraqlı dünya güclərinin qarşıdurması ilə rastlaşır. Bu da İran və Rusiyanı regionda birlikdə ortaq maraqlar adı altında hərəkət etməyə vadar edir. Bu maraqların nəticəsi kimi hər an yeni müharibə təhlükəsi yarana bilər. Ümumiyyətlə, müharibə mühiti, abu-havası bizim regionda həmişə mövcud olub. Bu, İranın Orta Şərq siyasəti ilə əlaqəli İsrail və Amerika arasında olan gərginlik fonunda uzun illərdir ki, mövcuddur”.

A. Qasımov qeyd edib ki, Rusiya-İran hərbi əməkdaşlığının Ukrayna müharibəsi başlayandan güclənməsinin əsas səbəbi də beynəlxalq güclərin onların imperiya maraqlarına yaratdığı təhlükənin varlığıdır:

“Bu iki dövlət yaxşı başa düşür ki, onların imperiya maraqları bir-birilərinə az zərbə vurur, nəinki onlardan birinin qarşıdurmada tam zəifləyib dünya siyasi arenasından çıxması durumunda yaranacaq yeni geosiyasi vəziyyətdə tək qalması. Birinin sonu digərinin də sonunu gətirəcək. Ona görə də məcbur bir yerdədirlər. Hesab etmək olar ki, bu məcburi əməkdaşlıq Ukrayna müharibəsində çox itkilərin verilməsinə gətirib çıxaracaq, amma qələbə üçün kifayət etməyəcək. Qarşılarındakı qüvvələrin hərtərəfli mahiyyəti onların mahiyyəti ilə müqayisə edilməz dərəcədə fərqlidir”.

//Gülnarə Abasova, Editor.az