Regionda yeni MÜHARİBƏ TƏHLÜKƏSİ: Ermənistan hansı yolu seçəcək?backend

Regionda yeni MÜHARİBƏ TƏHLÜKƏSİ: Ermənistan hansı yolu seçəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin çox uğurlu siyasəti nəticəsində Azərbaycan nəinki Cənubi Qafqazın, ümumilikdə regionun lider dövlətinə, geosiyasi və geostrateji baxımdan vazkeçilməz bir ölkəyə çevrilib. Artıq Azərbaycan yalnız Qərblə Şərq arasında deyil, həm də Şimal-Cənub arasında önəmli körpü rolunu oynayan bir ölkədir. Xarici dövlət və hökumət başçılarının Bakıya vaxtaşırı səfərləri buna əyani sübutdur”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin son Bakı səfəri bir çox aspektdən maraqlı və əhəmiyyətlidir:

“Ukrayna ordusunun Kursk başda olmaqla, Rusiya ərazisinə son hücumları müharibədə yeni mərhələnin başlandığını göstərir. Rusiya bu yanğının Şimali Qafqaza sıçrayacağından ciddi narahatlıq keçirir. Bu səbəbdən Cənubi Qafqazda yeni bir savaşın olmasında maraqlı deyil. Düşünürəm ki, belə bir məqamda Putin Azərbaycanın tələbləri əsasında, yəni Naxçıvana ayrıca bir yolun çəkilməsi şərtilə Ermənistana sülh sazişini imzalaması üçün təzyiq göstərməlidir və göstərəcək. Eyni zamanda, Ukrayna savaşı səbəbindən Avropaya çıxışı bağlanan Rusiya üçün yeganə nəfəslik yalnız Azərbaycan vasitəsilə, İran üzərindən Fars körfəzinə, yenə Azərbaycan vasitəsilə Zəngəzur koridoru və Türkiyə üzərindən Aralıq dənizinə çıxış əldə edə bilər ki, bu marşurutlar da Rusiya üçün həyati əhəmiyyət daşıyır. Rusiyanın Şimali Qafqazda stabilliyi qoruya bilməsində Azərbaycana nə qədər möhtac olduğunu keçən əsrin 90-cı illərindən hər kəs bilir. Bütün bu faktorları alt-alta qoyduqda ölkəmizin önəminin və Rusiyanın bizə nə qədər ehtiyacı olduğunun səbəbləri ortaya çıxar”.

Politoloqun sözlərinə görə, Cənubi Qafqazda yeni bir müharibə təhlükəsi, təəssüf ki, hələ də tam aradan qalxmayıb, çünki Fransa başda olmaqla “Qafqaz pasta”sından kənarda qalan güclər hər vəchlə yeni bir xaos planları düşünəcəklər. İş qalır, Ermənistanın hansı yolu seçəcəyinə…

//Gülnarə Abasova, Editor.az