“Regionların sosial-iqtisadi inkişafı Azərbaycan üçün prioritet məsələlərdəndir”backend

“Regionların sosial-iqtisadi inkişafı Azərbaycan üçün prioritet məsələlərdəndir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

“Regionların sosial-iqtisadi inkişafı illərdir ki, Azərbaycan dövlətinin, ölkə başçısının diqqət mərkəzindədir”.

Bu sözləri Editor.az-a regionların sosial-iqtisadi inkişafı ilə bağlı danışarkən millət vəkili Nizami Cəfərov deyib.

Deputat bildirib ki, Azərbaycan elə bir ölkədir ki, bütün guşələri hər saat inkişaf etməkdədir: “Son illərdə isə bu məsələyə daha çox önəm verilir, regionlara geniş yol şəbəkəsinin çəkilməsi işi hələ də davam edir. Bu iqtisadiyyatın inkişafı və sosial həyatın canlanması üçün çox mühüm məsələdir. Yəni, Azərbaycanın ən ucqar rayonlarına belə yeni çəkilən yollar sayəsində qısa zamanda getmək mümkündür.

Azərbaycanın istənilən rayonunda çox gözəl mədəniyyət və sosial mərkəzlər tikilir. Həmçinin bir çox rayonlarda tikilən yeni standartlara cavab verən məktəblər Bakının ən yaxşı məktəbləri ilə müqayisə oluna bilər. Bu mənada regionların sosial-iqtisadi inkişafı nəhəng bir sistem şəklində davam etdirilir.

Son zamanlarda isə işğaldan azad edilmiş ərazilərdə görülən işlər xüsusilə diqqəti cəlb edir”.

Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov da fikirlərini bizimlə bölüşüb:

“Regionların sosial-iqtisadi inkişafı Azərbaycan üçün prioritet məsələlərdəndir. Regionların inkişafı ilə bağlı dövlət proqramlarının icrası həyata keçirilir. Məqsəd regionlarla paytaxt arasındakı fərqin aradan qaldırılmasıdır. Xüsusilə də bölgələrə yeni sərmayənin cəlb edilməsi hesabına daha çox iş yerlərinin yaradılmasına nail olunmasından ibarətdir. Qarabağ və Şərqi Zəngəzur bərpa edilir, yenidən qurulur. Eyni zamanda, digər bölgələrin bərpası istiqamətində də işlər genişləndirilib. Bu istiqamətdə aparılan işlər nəticəsində bir neçə il sonra Bakı ilə regionlar arasındakı fərqin minimumlaşdığını görəcəyik”.

Səbinə Hüseynli, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.