Rəhim Rəhimlinin sevgilisi ÜZƏ ÇIXDI: “Mənimlə ailə qurmaq istəyirdi” – VİDEObackend

Rəhim Rəhimlinin sevgilisi ÜZƏ ÇIXDI: “Mənimlə ailə qurmaq istəyirdi” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rəhim özünə qapalı insan idi. Dərdini, sirrini heç kimlə bölüşmürdü. Adım Huridir. Hər gün onun məzarı üstə gəlirəm. Nə gecəm, nə gündüzüm var”.

Editor.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri özünü mərhum bəstəkar-müğənni Rəhim Rəhimlinin sevgilisi kimi qələmə verən Hüri adında qadın “Maqazin  Plyus” verilişinə müsahibəsində deyib.

O bildirib ki, Rəhim vəfat edəndə ölkə xaricində olub:

“Rəhim gedəni, hələ də alışa bilmirəm onun yoxluğuna. O gedəni nə havam, nə suyum çatır. Elə bilirəm ki, qaranlıq bir yerdəyəm. Rəhim dünyasını dəyişəndə ölkə xaricində idim. Dostları mənə zəng vurub dedilər ki, Rəhim artıq həyatda yoxdur. O, mənimlə sağollaşmadan, küsülü getdi həyatımdan”.

Özünü sənətçinin sevgilisi kimi qələmə verən qadının sözlərinə görə, Rəhim dünyasını dəyişməzdən əvvəl onunla ailə qurub, övlad sahibi olmaq istəyib:

“Rəhim əvvəllər mənimlə ailə qurub, övladının olması haqda fikirləşirdi.  O, ən çox oğlan övladının olmasını istəyirdi. Deyirdi ki, heç olmasa, o, yolumu davam etsin, adımı daşısın. Amma bu da qismət”.

Qeyd edək ki, Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından sentyabrın 30-u vəfat edib.

TƏBİB-in açıqlamasında müğənninin bununla yanaşı, ağır xəstəlikləri – qaraciyər sirrozu və kardiomiopatiyası olduğu bildirilib.

Milli.Az