“ABŞ İrandakı nümayişləri dəstəkləyir və bu yolla iranlıları ümidsizliyə, xaosa məhkum etməyə çalışır”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə İran prezidenti İbrahim Rəisi paytaxt Tehranda Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib.
ABŞ-ı “böyük şeytan” adlandıran Rəisi bölgədəki terror, xaos və təxribatın ABŞ rəhbərliyi tərəfindən dəstəkləndiyini bildirib: “70 ildən artıqdır ki, Fələstini işğal altında saxlayan sionist İsrail rejiminin ABŞ tərəfindən dəstəklənməsi və ABŞ-ın Əfqanıstanı işğal etməsi bu böyük şeytanın əməllərindəndir”.
Rəisi ABŞ prezidenti Co Baydenin İrandakı nümayişlərlə bağlı açıqlamasına reaksiya verib: “ABŞ prezidenti öz bəyanatları ilə başqa ölkələrdə xaos və terroru qızışdırır. ABŞ-ın İrana qarşı həyata keçirdiyi hücumların və əməliyyatların fərqindəyik. Amma onu da qeyd edim ki, İrana qarşı həyata keçirilən əməliyyatlar iflasa uğrayacaq və ABŞ hökuməti məqsədinə çata bilməyəcək”.
//Safura Bənnayeva, Editor.az

