Rəisi:  “Azərbaycan-Ermənistan sərhədində istənilən dəyişikliyi rədd edirik“backend

Rəisi: “Azərbaycan-Ermənistan sərhədində istənilən dəyişikliyi rədd edirik“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması İran İslam Respublikası üçün çox vacibdir”.

Bunu ŞƏT-in Səmərqənddə keçirilən sammitində İran prezidenti İbrahim Rəisi deyib.

“Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması İran İslam Respublikası üçün çox vacibdir. Biz hər zaman ərazi bütövlüyünə, milli suverenliyinə hörmətlə yanaşmağı, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında tanınmış sərhədlərdə istənilən dəyişikliyi rədd etdiyimizi vurğulamışıq.

Tərəflər fikir ayrılıqlarını dialoq yolu ilə və beynəlxalq hüquq əsasında sülh yolu ilə həll etməlidirlər”, – deyə İran prezidenti çıxışında qeyd edib.

O əlavə edib: “İran İslam Respublikası öz milli maraqlarını və təhlükəsizliyini və regionu qoruduğu üçün bu iki qonşu ölkə arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazır olduğunu da bəyan edir”.

Yenisabah