Rəisi İsraili hədələdi: “Təl-Əviv, Hayfa dağıdılacaq“backend

Rəisi İsraili hədələdi: “Təl-Əviv, Hayfa dağıdılacaq“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Silahlı qüvvələrimizin bölgədənkənar qüvvələrə, xüsusən də Amerikaya ismarışı bölgəni mümkün qədər tez tərk etməkdir”.

 

Bunu Ordu Günü münasibətilə keçirilən hərbi paradda İran prezidenti İBrahim Rəisi deyib.

O, əcnəbilərin region ölkələrinin təhlükəsizliyini təhdid etdiyini vurğulayıb: “İslam Respublikasının gücü və mübarizliyi birmənalı olaraq regionun maraqlarına uyğundur. Region rəsmiləri dəfələrlə deyiblər ki, İranın qüdrəti bizi çətin vaxtda xilas etmək üçündür. İslam Respublikasının Ordusu, İnqilab Keşikçiləri öz ərazi bütövlüyünü və suverenliyini necə müdafiə edibsə, region ölkələrini də təhdidlərdən qoruyacaq”.

İ. Rəisi vurğulayıb ki, regiondankənar qüvvələrin mövcudluğu bölgənin təhlükəsizliyinə kömək etmir:

“İslam İnqilabının düşmənləri, xüsusilə sionist rejim (İsrail – red.) bilməlidir ki, İrana qarşı ən kiçik bir addım və hərəkəti silahlı qüvvələrimiz sərt və ən kiçik cavabla qarşılayacaq. Onların səhvi Təl-Əviv və Hayfanın dağıdılması ilə nəticələnəcək”.

Yenisabah