Rəisinin anım mərasimi: oturacaqlar boş qaldı – FOTObackend

Rəisinin anım mərasimi: oturacaqlar boş qaldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-də İran Prezidenti İbrahim Rəisi ilə bağlı keçirilən anım mərasimindən görüntülər dünya media orqanlarında geniş şəkildə dərc olunub.

Editor.az axar.az-a istinadən bildirir ki, görüntülərdə oturacaqların böyük əksəriyyətinin boş olması diqqət çəkib.

BMT-nin bir çox üzvü anım mərasimini boykot edərək, iclasda iştirakdan imtina edib.

Xatırladaq ki, 193 ölkədən ibarət Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ənənəvi olaraq ölümü zamanı hakimiyyətdə olan istənilən dünya liderinin xatirəsinə anım mərasimi keçirir. Lakin İbrahim Rəisi ilə bağlı mərasim keçirilməsi qərarı geniş tənqidlərə yol açıb.