“Relax” İstirahət Mərkəzində ictimai fəalın 200 manat pulu mənimsənilib? – İDDİAbackend

“Relax” İstirahət Mərkəzində ictimai fəalın 200 manat pulu mənimsənilib? – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kasıb vətəndaşdan oğurlaq edən adamdan, millətə vəkil olarmı?!..”

Bu sualı özünün feysbuk səhifəsində tanınmış ictimai fəal Mais Hüseynov verib.

Mais Hüseynov Lerik rayonunda deputat İqbal Məmmədova məxsus Relax İstirahət mərkəzində, deputatın oğlu Mirhəmid Nərimanlıya aid bank kartı ilə otelin müştərilərinə qarşı dələduzluq edilməsinə diqqət ayırıb.

Onun bildirdiyinə görə, müştərilərdən biri Relaxa aid 0502504788 mobil nömrəsinə zəng edərək, iyul ayında özü və rəfiqələri üçün yer rezerv etmək istəyib.

Müştərinin müraciətinə deputatın oğlu Mirhəmid Nərimanlıya məxsus bank kartını göndərib və karta 200 manat pul ödəməli olduqlarını bildiriblər. Nəticədə müştəri 200 manatı məlum karta göndərib, lakin, bir neçə gün sonra yas mərasimi ortaya düşdüyündən sifarişçilər “Relax”a istirahəti təxirə salıblar. Və təbii ki, zəng edib ödədikləri pulun geri qaytarılmasını xahiş ediblər.

Müştəri 0502504788 mobil nömrəsinə öz bank kartını göndərsə də ödənişi geri ala bilməyib. 3 ay müştəri aldadılaraq, ələ salınıb.
Mais Hüseynova bu barədə məsələni müştərinin yaxından tanıyan bir dostu deyib.

Mais Hüseyin yazıb: “Mənə dedi və pulun qaytarılması üçün kömək istədilər, mən də əvvəlcə 0502504788 nömrəsinə zəng etdim, bir xanım götürdü və bildirdi ki həqiqətən belə bir əməliyat olub, amma pul məsələlərinə Nicat adlı menecerimiz baxır. Xaiş etdim ki müştərinin pulu geri qaytarılsın və Nicat müəllim müştəri ilə əlaqə saxlasın.

Müştəri yenidən 24 saat gözləsədə məsələ öz həllini tapmadı və ona heç bir zəng olunmadı, yenidən Nicatın nömrəsini (0506623515) xanımdan alıb özünə zəng etdim məsələni bir daha bildirdim, axşama qədər yenə məsələ həll olunmadı və Nicata nə qədər zəng etsək də telefonu açmadı. Məsələni ictimailəşdirmək məcburiyyətində qaldıq”.

İctimai-siyasi fəal haqlı olaraq daha sonra yazıb: Hörmətli İqbal Məmmədovun və ya oğlunun çoxmu ehtiyacı var kasıb müştərinin 200 manatına?

Kasıb vətəndaşdan oğurlaq edən adamdan, millətə vəkil olarmı?!”

Mənbə Demokratik.az